-
İstedadlı aktrisa və məşhur incəsənət xadimi Zəhra Bədəlbəyli Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Bədəlbəyli ailəsinin yetirməsidir. Elə bu səbəbdən də uşaq yaşlarından sənət aləminin içindədir. O, insanın özünü ifadə etməsinin ən gözəl yolunun yaradıcılıqda olduğunu düşünür, kino və teatra olan həvəsi ilə yanaşı şeir yazır, rəsm çəkir və pianoda ifa edir.Zəhra Bədəlbəyli